İçeriğe geçmek için "Enter"a basın

Bakı “İnter”inin sabiq oyunçusunun ölümündən əvvəl təyyarədən paylaşdığı son VİDEO

30-11-2016

felipe
Sosial şəbəkədə  Bakı “İnter”inin sabiq futbolçusu Filipe Maşadonun təyyarə qəzasından əvvəl yerləşdirdiyi videosu yayılıb.

Azadlıq.az  xəbər verir ki, 32 yaşlı braziliyalı sol cinah müdafiəçisi təyyarədə çəkdiyi görüntülərdə Kolumbiyaya qələbə dalınca getdiklərini bildirir. Lakin göründüyü kimi, amansız təyyarə qəzası onun və komandası “Şapekoense”nin meydana çıxmasına əngəl olur.

Qeyd edək ki, Boliviyadan Kolumbiyaya gedən təyyarə qəzasında 76 nəfər ölüb, 5 nəfər xilas edilib. Ölənlər arasında “Xəzər Lənkəran”ın sabiq mərkəz müdafiəçisi Villian Tieqo da var.
Azadlıq.az

Bakı “İnter”inin sabiq oyunçusunun ölümündən əvvəl təyyarədən paylaşdığı son VİDEO