İçeriğe geçmek için "Enter"a basın

“İlham Əliyev. Prezidentin portreti dəyişikliklər fonunda” kitabının təqdimatı olub - FOTO

30-11-2016

[r32]

30.11.2016 / 15:58 xeber –

Milli Məclisin deputatı, yazıçı, Əməkdar Jurnalist Elmira Axundovanın Moskvanın “Politiçeskaya ensiklopediya” nəşriyyatında rus dilində çap edilmiş “İlham Əliyev. Prezidentin portreti dəyişikliklər fonunda” (“Ильхам Алиев. Портрет президента на фоне перемен”) kitabının noyabrın 30-da “Gülüstan” sarayında təqdimatı keçirilir.

 

Lent.az Azərtac-a istinadən xəbər verir ki, tədbirdə Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev, dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, elm xadimləri, ictimaiyyətin nümayəndələri iştirak edirlər.

 

Qeyd edək ki, kitabda tanınmış yazıçı-publisist Elmira Axundova postsovet məkanının ən praqmatik siyasi xadimlərindən biri İlham Əliyev haqqında faktlar və materiallar əsasında açıq və inandırıcı şəkildə, sadə və aydın dildə söhbət açır, onun uğur fenomenini təhlil edir. Müəllif “Uğurlu, nüfuzlu şəxsiyyət, prezident olmaq üçün nə etmək lazımdır?”, “Xalqın lideri missiyası nədir?” suallarına cavab axtarır.

 

Açıq mənbələrdən götürülmüş sənədlərdən, müəllifin xalqımızın ümummilli lideri Heydər Əliyevi və Prezident İlham Əliyevi əhatə edən insanlardan şəxsən aldığı nadir müsahibələrdən istifadə olunmuş kitabda toplanmış faktlar, hadisələr və rəylər Azərbaycan Prezidenti haqqında geniş məlumat verir.

+1

mənbə :
lent.az

“İlham Əliyev. Prezidentin portreti deyişiklikler fonunda” kitabının teqdimatı olub – FOTO