İçeriğe geçmek için "Enter"a basın

Qaxda mal-qara oğruluğu ilə məşğul olanlar tutuldu

30-11-2016

[r32]

30.11.2016 / 22:22 xeber –

Qaxda mal-qara oğruluğu ilə məşğul olan şəxslər iş başında yaxalanıblar.

 

Qax rayon Qarabaldır kənd sakinlərinin APA-nın Şəki-Zaqatala bürosuna verdikləri məlumata görə, bu gün axşam saat 20 radələrində kənd sakini Telman Paşa oğlu Paşayevin həyətyanı sahəsindəki mal tövləsindən iki baş xırda buynuzlu heyvanları oğurlamaq istəyən və hələ ki adları açıqlanmayan iki nəfər şəxs kənd sakinləri tərəfindən tutularaq Qax rayon Polis Şöbəsinin əməkdaşlarına təhvil verilib.

 

Sakinlərin sözlərinə görə, ev sahibi Telman Paşayev yaxın qohumlarının yas mərasimində olub. O axşam saatlarında evə qayıdaraq mal-qaranı yemləmək istəyib. Həyətə daxil olmaq istəyən Telman Paşayevi qapıda heyvanları oğurlayaraq aparmaq istəyən iki naməlum şəxsi görüb. Oğrular ev sahibini gördükdən sonra heyvanları buraxıb qaçmaq istəyiblər. Bu zaman Telman Paşayev qonşuları köməyə çağırıb. Onun köməyinə çatan qonşular oğruları kəndin ərazisində tutublar. Hadisə yerinə çağırılmış polis əməkdaşlarının apardıqları ilkin istintaq zamanı məlum olub ki, oğrular kəndə “Hyundai” markalı minik avtomobili ilə gəliblər.

 

Qax RPŞ-dən APA-ya verilən məlumatda Telman Paşayevin həyətindən oğruluq edilməsi faktı təsdiqlənib və hazırda hadisə yerində araşdırmanın aparıldığı bildirilib.  

mənbə :
lent.az

Qaxda mal-qara oğruluğu ile meşğul olanlar tutuldu