İçeriğe geçmek için "Enter"a basın

Xəbərlərin istinadlı və istinadsız istifadə olunması ilə bağlı qaydalar müəyyənləşib - EKSKLÜZİV

07-07-2021

[r32]
xeber –

“Media haqqında” yeni qanun layihəsində istinad məsələləri də yer alıb.

“Report”un əldə etdiyi məlumata görə, sənəd layihəsində göstərilir ki, media subyekti digər media subyektinin informasiyasından (hər hansı bir sayt, qəzet digərinin informasiyasından) mütləq istinad etməklə, abunəlik və ya müqavilə əsasında istifadə edə bilər.

Layihəyə əsasən, qurumların press-relizləri və yaydıqları informasiyalar istisna təşkil edir.

Qeyd edək ki, “Media haqqında” yeni qanun layihəsində qeyd edilib ki, abunəlik və müqavilə olmadıqda media subyekti mütləq digər media subyektinin informasiyasının üçdə birinə (1/3) istinad etməklə istifadə edə bilər. Bununla da media subyektində yayımlanan eksklüziv, özəl xəbərləri olduğu kimi digər media subyekti öz adından verə bilməz. Mütləq həmin informasiyanın istinad edilməklə üçdə birindən (1/3) istifadə edilməlidir.


mənbə :
Report.az

Xeberlerin istinadli ve istinadsiz istifade olunmasi ile bagli qaydalar mueyyenlesib – EKSKLUZİV